Türkiyə prezidenti Ərdoğan bu gün Hakkari vilayətində partiyadaşları qarşısında çıxış edib.

Mia.az Türkiyə mediasəna istinadən xəbər verir ki, o, BMT-də ABŞ-ın Qüds qərarına qarşı çıxan qərara toxunub.

Prezident bildirib ki, BMT qərarı birlikdə dünyanın nə edə biləcəyini sübut edib: "Bir olduq, Qüds olduq. Gördüyünüz kimi, BMT-də 9-a qarşı 128-ə olduq. Baxın, o 9-un içində 15 min, 21 min, 50 min əhalisi olan ölkə var. Demək ki, dollarlarla, demək ki, qorxuyla iradələr satın alınmaz".

Mia.az