Neft Fondunun auditini ?Ernst & Young? zirkəti həyata keçirəcək
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2010, 2011, 2012-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq, xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.
ARDNF-nin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş "Ernst & Young" şirkəti müsabiqənin qalibi müəyyən edilib. Şirkət Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fondun 2010, 2011, 2012-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19