İranın şimal bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
Yeraltı təkanların episentri Kərəc şəhərindən 17 km cənubda, ocağı isə 7 km dərinlikdə yerləşib.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb/APA.