çavuzoğlu: "Türkiyə bütün platformalarda türkdilli ölkələrin mənafeyini qoruyur və bu bizim vəzifəmizdir"
Avropa Şurası Parlament Assambleyasınn (AŞPA) sədri Mövlud Çavuşoğlu ?Avropa İttifaqında Türkiyənin rolu? mövzusunda İsveşdə keçirilmiş konfransdakı çıxışında bildirib ki, Türkiyə bütün platformalarda türkdilli ölkələrin mənafeyini qoruyur və bu bizim vəzifəmizdir.
Bu ölkələrin sırasında isə, ən çox Azərbaycanı dəstəkləyir. Türkiyənin Azərbaycana yardımları davam edir. AŞPA-nın sədri vurğulayıb ki, Türkiyə ətrafındakı bütün ölkələrələ münasibətlərini inkişaf etdirmək istəyir. Ermənistan ilə münasibətlərimizdə ən mühüm şərtimiz onun işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Bu şərti yerinə yetirdikdən sonra Ermənistanla da əlaqələrimiz qaydasına düşəcək.
Konfransda çıxış edən İsveç-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Qoran Lindblad isə bildirmişdir ki, bu il martın 11-də İsveç parlamentində qondarma ?erməni soyqırımı? iddialarını dəstəkləyən solçu partiyalar bu qərarlarını Avropa İttifaqı və BMT-yə göndərərək yeni qətnamə qəbul etdirmək istəyirlər. O, buna mane olmaq üçün İsveç vətənfdaşı olan türkləri Modern Partiyasına səs verməyə çağırmışdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50