Polşa Müdafiə Nazirliyinə məxsus olan Rusiya istehsallı MQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, hərbi bazadan havya qalxan təyyarədə bilinməyən səbəbdən texniki problemlər yaşanıb:

 "Pilot qəza anından əvvəl özünü paraşütlə atıb. Təyyarənin qalıqları Minsk Mazovieski şəhərinə 15 kilometr yaxınlıqda olan meşəlik ərazidə tapılıb. Faktla bağlı araşdırma aparılır".

Mia.az