Müsavat Partiyasının Məclis üzvü Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmadı. Müsavat Məclisində Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı məsələ müzakirə edilsə də, nəticədə o, partiyadan çıxarılmayıb. Yekun səsvermədə Tapdıq Abbas qalsın deyənlərin sayı 27, getsin deyənlərin sayı isə 26 nəfər olub. Bununla da onun partiyadan çıxarılması baş tutmasa da, ona partiya adından töhmət verilib. Daha sonra T.Abbasın partiyadan çıxarılması və 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyinin dəstəklənməməsi məsələsi səsə qoyulub. Səsvermənin nəticələrinə görə T.Abbasın Müsavat Partiyasından deputatlığa namizədliyi ləğv edilib.