2005-ci il parlament seçkilərində ?Yeni Siyasət? Blokundan namizəd olaraq deputat seçilən Vahid Əhmədov budəfəki seçkilərdə də iştirak edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən V.Əhmədov bu dəfə də 52 saylı Quba seçki dairəsindən namizəd olacağını bildirib. V.Əhmədov bu dairədə özü üçün hər hansı bir problem görmür. Onun sözlərinə görə, ötən müddət ərzində seçiciləri ilə yaxından təmas qurub, bölgənin xeyli probleminin həll olunmasına çalışıb. Bu səbəbdən də o, noyabrda keçiriləcək seçkidə də səs alaraq qalib gələcəyinə əmindir.