ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir.

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.  

"İrana qarşı və onların (İran hakimiyyətinin –red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, - deyə N.Xeyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.       

N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə "aqressiv davranış” nümayiş etdirməkdə  ittiham edib/APA.