Həvva Məmmədova: "Sarkisyanın bəyanatları əslində qorxunun əlamətidir"
?Azərbaycanlılar Qarabağa qayıdacaq və öz torpaqlarının sahibi olacaq. Ona görə də, ermənilərin seçim etmək vaxtı çoxdan çatıb?. Bu fikirləri YAP-ın rəsmi saytına açıqlamasında ?Azərbaycan Respublikası Dağlıq Qarabağın azərbaycanlı icması? İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Həvva Məmmədova Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatlarına münasibət bildirərkən deyib.
H.Məmmədovanın sözlərinə görə, Ermənistanda hakimiyyətdə olanların əksəriyyəti qarabağlılardır. Onlar Qarabağda azərbaycanlı kəndlərinin işğal olunmasında, talan edilməsində, dinc insanların ölümündə iştirak ediblər. Bu terrorçu dəstənin başında bu gün Serj Sarkisyan dayanır.
?Nəinki azərbaycanlılar, Ermənistanda yaşayan əhali də Sarkisyana nifrət edir. Çünki o, Ermənistanı ağır duruma salıb. Ermənistanda insanlar ac-yalavacdır, orduda isə hərcmərclik, fərarilik baş alıb gedir. Erməni hərbçiləri Azərbaycan tərəfinə keçir. Bütün bunlar göstərir ki, Ermənistan hakimiyyətinin başında terrorçu dayanıb. O, heç zaman dövlətin və millətin qədrini bilməz? - deyə H.Məmmədova vurğulayıb.
H.Məmmədova qeyd edib ki, bu gün Qarabağda yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin ?Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqların mövzusu ola bilməz? fikrini tam dəstəkləyir. Onun fikrincə, Sarkisyan Azərbaycan rəhbərinin mövqeyindən qorxuya düşüb: ?Sarkisyanın ultimativ xarakterli bəyanatları əslində qorxunun əlamətidir. O, bilir ki, artıq dünya ictimaiyyəti həqiqəti anlamağa başlayıb. Dünya erməni yalanlarından doyub?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50