"ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı İsraili müharibənin içinə atacaq".

Bunu Çeçenistan dövlət başçısı Ramzan Kadırov bəyan edib.

"Əminliklə deyə bilərəm ki, yüngül desək, Trampın qeyri-adekvat qərarı İsrail dövlətini qanlı qarşıdurmanın, daha yeni, daha güclü və təşkilatlanmış savaşın içinə atacaq”
 – Kadırov sosial şəbəkədəki hesabında belə yazıb.

Onun sözlərinə görə, belə bəyanatlar neçə illər ərzində Yaxın Şərqdəki vəziyyəti nizamlamaq istəyən ölkələrin kürəyinə endirilən zərbədir: "Amerika prezidentinin siyasətini necə başa düşək? Çox sadə. Öz "dünya düzəni” üçün İraq və Suriya ərazisində terrorçu platsdarm yaradanın kim olmasına olan axırıncı şübhə də yoxa çıxdı”/Avropa.info.