"ABŞ Qüdsü İsrailin yeni paytaxtı kimi tanımaq qərarını bəzi ərəb ölkələrinin liderlərilə məsləhətləşərək verib”.

Mia.az xəbər verir ki, bu sözləri İsrailin Əks-Kəşfiyyat naziri Yisrael Katz İsrail televiziyasında çıxışında deyib. 

O, bildirib ki, ərəb liderləri ilə məsləhətləşmələr fələstinlilərin qərara qarşı reaksiyalarının nəzarət altına alınması üçün aparılıb. Nazir bu qərardan sonra Səudiyyə Ərəbistanı və körfəz ölkələriylə İsrailin arasında hər hansı gərginliyin yaşana biləcəyinə isə inanmır. "Çünki Səudiyyə Ərəbistanı ilə İsraili ümumi maraqları biləşdirir. Xüsusilə İran hər iki ölkə üçün ümumi təhlükədir".