Demokratik İslahatlar Partiyasının Siyasi Şurası növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda partiyanın seçkilərə hazırlığı, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Siyasi Şura partiyanın 2010-cu ilin noyabrında Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak edəcək namizədlərinin siyahısını təsdiqləyib. Eyni zamanda partiyanın seçki kampaniyası ilə bağlı platforması, təbliğat vasitələrinin nümunələri müzakirə olunub. Siyasi Şura seçkilərdə əməkdaşlıqla bağlı DİP-ə ünvanlanan müraciətləri də dəyərləndirib. Seçkilərdə əməkdaşlıq və bloklaşma ilə bağlı məsləhətləşmələrin, danışıqların aparılması partiya sədri Asim Mollazadəyə həvalə olunub.