Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Qüds qərarına münasibət bildirib.

Bununla bağlı nazirlik xüsusi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Rusiya ABŞ-ın bu qərarından narahatdır: "Qərbi Qüds İsrailin paytaxtıdır. Şərqi Qüds isə Fələstinin siyasi mərkəzidir”.

Qeyd edək ki, Tramp dünən canlı yayım zamanı Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını elan edib/Teleqraf.com.