Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada həmsədrlərlə görüşü başlayıb.
 
APA-nın məlumatına görə, Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.
 
Görüşə ATƏT-in Minsk qrupu həmsədrləri - amerikalı Endryu Şofer, fransalı Stefan Viskonti, rusiyalı İqor Popov və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.
 
Nazir həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edir.  H.Hacıyev bildirib ki, Azərbaycan substantiv danışıqlar vasitəsi ilə ATƏT-in Minsk qrupu həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.
 
Bu gün E. Məmmədyarovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.