Roma Papası I Fransisk ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından narahatlığını bildirib.
Vatikanda ümumi qəbul zamanı Roma Papası bölgədə status-kvonu pozmamağa çağırıb.
Papa qeyd deyib ki, Qüdsün paytaxt kimi tanınması və ABŞ səfirliyinin oraya köçürülməsi bölgədə yeni gərginliyə səbəb ola bilər/Trend.
Qeyd edək ki, daha öncə Ağ Evin nümayəndəsi bildimişdi ki, prezident Donald Tramp dekabrın 6-da ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verəcək.