Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək fikrindədir.

Bu barədə Vladimir Putin QAZ Avtomobil Zavodunun işçiləri ilə görüşündə deyib.

"Mən Rusiya Federasiyasının prezidenti vəzifəsinə namizədliyimi irəli sürəcəyəm", - o, vurğulayıb/Report.