Parabank ?Vətənpərvər? kredit məhsulunu yaratdı
19 illik bank təcrübəsinə malik olan Parabank dövlət orqanlarının əməkdaşlarına mövcud olan ən aşağı faizlərlə kreditlər təqdim edir. Bank Azərbaycanın Sərhəd Qoşunları, DİN, MTN, FHN, Prokurorluq, Vergilər Nazirliyi və bir sıra dövlət və icra hakimiyyəti orqanlarının əməkdaşlarına ?Vətənpərvər? adlı yeni kredit məhsulunu təqdim edir.
?Vətənpərvər? kredit məhsulunun əsas özəlliyi ondan ibarətdir ki, kredit 2 formada: həm tam olaraq nağd şəkildə, həm də kreditin 50% həcmində plastik kart (azad ödəniş) və 50% həcmində nağd şəkildə (annuitet ödəniş) əldə edilə bilər.
Kredit hərbi biletin (və ya digər əvəzedici sənədin) surəti və xidmət yerindən əmək haqqı barədə arayış təqdim edilməklə rəsmiləşdirilir. Kredit AZN, ABŞ Dolları və ya Avro valyutasında əldə edilə bilər.
?Vətənpərvər? kredit məhsulunu əldə etmək üçün PARABANK-ın bütün filiallarına müraciət edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19