Xəbər verdiyimiz kimi, Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstanın eks-prezidenti, "Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin evində axtarış aparıblar.
Sabiq prezident isə buna etiraz olaraq, yaşadığı binanın damına çıxaraq, polisi intiharla hədələyib. Bundan sonra təhlükəsizlik qüvvələri Saakaşvilini saxlayıblar.
Mia.az Ukrayana mediasına istinadən bildirir ki, buna etiraz edən tərəfdarları ilə hökumət qüvvələri arasında qarşıdurma yaşanıb. İddiya görə, etirazçılara atəş açılıb.
Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mixail Saakaşvilinin tərəfdarları onun azad olunmasına nail olublar. Onlar güc tətbiq edərək onu hüquq-mühafizə orqanlarına məxsus avtomobildən çıxara biliblər.
Məlumata görə, Gürcüstanın keçmiş prezidenti Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.
Mia.az