İranın şərqində 4,2 bal gücündə zəlzələ baş verib.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzindən verilən məlumata görə, yeraltı təkanların episentri Kerman şəhərindən 62 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib/Trend.