ABŞ Müdafiə naziri Ceyms Mettis Suriyanın qərbində İŞİD-ə qarşı silahlandırdıqları YPG qruplarının gəəcəyi haqda açıqlama verib.
Mia.az xarici mediaya istinadən xəbər verir ki, o, İŞİD-lə mücadilə bitdikdən sonra YPG-yə silah verməyəcklərini deyib: "Silah yardımı məsələsində Trampın söylədiyi kimi hərəkət edəcəyik. YPG-yə ağır silahlar daha verilməyəcək. Ancaq onlardan Suriyanın qərbində yerli polis kimi istifadə edəcəyik".
Xatırladaq ki, Türkiyə YPG-ni PKK terror qruplaşasının Suriya qou olduğunu bəyan edərək, bu qrupun terrorla məşğul olduğuna dair çoxsaylı faktlar açıqlayıb. Ona görə də Ərdoğan səviyyəsində ABŞ-dan YPG-yə silah və digər dəstəklərin dayandırılması tələb olunub. Nəhayət, ötən həftə Ərdoğanla danışan Tramp "YPG-yə silah verilməsi dayandırılsın" təlimatını verib.
Mia.az