Noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilmiş şəxslərdən biri Əhməd Çatayev olub.
 
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, Ə. Çatayevin şəxsiyyəti ABŞ-dan gələn mütəxəssislərin köməyi ilə aparılmış ekspertiza nəticəsində müəyyən olunub.
 
Qeyd edək ki, antitterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, 1 nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb.

Mia.az xəbər verir ki, "tək qol" ləqəbi Çatayev İstanbulda Atatürk hava limanında çoxsaylı ölüm və yaralının olduğu terrorun da təşkilində də ittiham edilirdi.