?Eurovision-2011? müsabiqəsinin finalında 25 ölkənin yox, 24 ölkənin çıxız edəcəyi qərara alınıb
?Eurovision-2011? mahnı müsabiqəsinin qaydalarına bəzi dəyişiklər edilib. Müsabiqənin rəsmi internet saytının yaydığı xəbərə görə, Avropa Yayım Birliyi (EBU) təşkilat komitəsinin Serbiyanın paytaxtı Belqradda keçirilmiş görüşündə bir sıra məsələlər müzakirə edilib.
Bu dəyişikliklərdən biri ?Eurovision? müsabiqəsi üçün yazılan mahnıların oktyabrın 1-nə deyil, sentyabrın 1-dək müəyyənləşdirilməsidir. Bundan əlavə, ?Eurovision-2011? müsabiqəsinin finalında 25 ölkənin yox, 24 ölkənin çıxış edəcəyi qərara alınıb. Həmçinin, görüşdə Almaniyanın ?Eurovision-2011? müsabiqəsini keçirməyə namizəd olan 4 şəhərinin rəsmi təqdimatı keçirilib.
Təşkilat komitəsi bu günlərdə müsabiqəyə hansı şəhərin ev sahibliyi edəcəyini müəyyənləşdirəcək. ?Eurovision-2011? mahnı müsabiqəsinin yarımfinallarının mayın 10-u və 12-də, finalının isə mayın 14-də keçirilməsi təsdiqlənmişdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47