Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun Quba rayonuna səfəri çərçivəsində müxalifət partiyaların nümayəndələri ilə götrüş keçirib. Vətəndaş və İnkişaf Partiyasından (VİP) verilən məlumata görə, görüşdə VİP, Müsavat, Xalq Cəbhəsi, Liberal, Demokrat və digər partiyaların rayon təşkilatlarının sədrləri iştirak edib. Görüşdə parlament seçkisi öncəsi bölgədə olan vəziyyət, siyasi partiyaların seçkiyə hazırlığı ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, səfər çərçivəsində Karolin Braun Qubadakı soyqırımı məzarlığını da ziyarət edib.