Son məlumata görə, ölənlərin sayı artaraq 235 nəfərə çatıb. Gözlənilir ki, bu say bir qədər də artacaq. 

****

Misirin Qərbi Sinay bölgəsindəki Ariş rayonunda "Ravda" məscidində bomba partladılıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışdan dərhal sonra ərazidə atışma olub:

"Partlayışdan sonra məsciddən - namazdan çıxan insanları hədəfə alan terrorçuların açdığı atəş nəticəsində ən azı 200 nəfər həlak olub, 120 nəfərdən çox yaralanıb".

Hadisədən sonra Misir hökuməti ölkədə 3 gün matəm elan edib.

Prezident Sisi təhlükəsizlik qüvvələrini təcili toplayaraq, müşavirə keçirib, terrora qarşı mübarizənin daha geniş aparılmasının vacibliyini tapşırıb. Məumata görə, bu dəqiqələrdə müşavirə davam edir.

Mia.az