Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfər edəcəyi dəqiq tarix məlum olub. Rusiya prezidentin mətbuat xidmətinin məlumatına görə, Dmitri Medvedev Bakıya 2-3 sentyabr tarixlərində gələcək. Qeyd edək ki, Dmitri Medvedevin Azərbaycana səfəri zamanı iki ölkə arasında bir sıra müqavilələrin imzalanması planlaşdırılır.