Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov avqustun 31-dən sentyabrın 5-dək Avstriyada səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, millət vəkili səfər çərçivəsində Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının açılışı ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaq.