Azərbaycan Xarici izlər Nazirliyi ölkə vətəndazlarına xəbərdarlıq edib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına son zamanlar Pakistan İslam Respublikasında baş vermiş hadisələrlə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilir ki, son dövrlərdə terrorçu qruplaşmalarla Pakistan ordusu arasında toqquşmaların güclənən Pakistanda terrorçu qruplaşmalar tərəfindən xarici vətəndaşların qaçırılması və girov götürülməsi halları çoxalıb.
XİN-in rəsmi saytında yerləşdirilən xəbərdarlıqda xüsusilə Cənubi Vəziristan, Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzay inzibati bölgələri, Peşəvər şəhəri və onun cənubunda olan bölgələr, Şimali və Qərbi Belucistana və Qetta (Quetta) şəhərinə səyahət edərkən Azərbaycan vətəndaşlarının ehtiyatlı olmaları tövsiyə olunur.
?Şimali Vəzirstan bölgəsi Pakistanın qonşu Əfqanıstanla sərhəddə yerləşən bölgələrindən biri olaraq, mürəkkəb coğrafi əraziyə, yüksək dağ və sıx meşə zolağına malikdir. Pakistan Silahlı Qüvvələrinin son on səkkiz ay ərzində ölkənin Əfqanıstanla sərhəddə yerləşən inzibati bölgələrdə, o cümlədən Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzayda keçirdiyi geniş miqyaslı əməliyyatlar nəticəsində terrorçu qüvvələr Şimali Vəzirstan ərazisində cəmləşiblər. Bu ərazidə girov götürülmə (qaçırılma) riski də mövcuddur?.
Pakistanda daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün İslamabad şəhərində yerləşən Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi
House No.14, St. 84, G-6/3, İslamabad
tel: +92 (51) 282 93 45, +92 (51) 282 34 55
faks: +92 (51) 282 08 98
e-poçt: islamabad@mission.mfa.gov.az
veb-sayt: www.azembassy.com.pk
Qeyd edək ki, Azərbaycan XİN ölkə vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımadığını vurğulayıb. ?Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə riskindən kənar deyil?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50