Bu gün Azərbaycan Liberal Partiyasının lideri professor Lalə Şövkətin Liberal və Vətəndaş və İnkişaf partiyalarının rəhbər işçiləri və fəalları ilə görüş keçirilib. Görüşdə Lalə Şövkət Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət, parlament seçkilərinə hazırlıq və seçki blokunun strategiyası haqqında geniş məruzə ilə çıxış edib. Çıxışdan sonra Lalə Şövkət tədbir iştirakçılarının suallarına cavab verib. Görüşdə VİP sədri Əli Əliyev, ALP sədri Əvəz Temirxan və Yaşıllar Partiyasının sədri Mayis Güləliyev iştirak ediblər.