"AtaSığorta?nın sığorta haqları 8,5 faiz artıb
?AtaSığorta? şirkətinin bu ilin 7 ayı ərzində topladığı sığorta haqları 1930,1 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çoxdur.
Şirkətdən verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 370,7 min manat təşkil edib.
Hesabat dövrü ərzində şirkətin balans mənfəəti 585,1 min manat olub ki, bu da nəzərdə tutulan proqnoz göstəricidən 16,8 faiz çoxdur.
Qeyd edək ki, ?AtaSığorta? ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı ?AtaHoldinq? ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4 milyon manat təşkil edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19