Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında İdarə Heyətinin növbəti iclası keçirilib. 

Bu barədə Mia.az-a partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Bildirilib ki, iclasda Bakının rayon təşkilatlarının sədrləri iştirak edib. 

Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, Qarabağ məsələsi və qarşıdakı dövrlə bağlı planlar müzakirə olunub. Bununla yanaşı, mitinq komitəsinə hazırlıq işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlar verilib.

Məlumatda o da bildirilir ki, qarşıdan gələn prezidetn seçkiləri ilə bağlı təşviqat qruplarına müvafiq tapşırıqlar verilib ki, əhali ilə sıx əməkdaşlıq etsinlər. Müzakirələrdən sonra təşkilat rəhbərlərinə plana uyğun fəaliyyətlə bağlı göstərişlər verilib.