"2 gün ərzində Livana qayıdacağam".
Bu sözləri Livanın istefa vermiş baş naziri Saad Həriri Tvitter hesabında yazıb.
"Hamıya salamlar. Mən yaxşıyam. İnşallah, 2 gün ərzində Livana qayıdacağam”, - deyə Həriri bildirib/Axar.az.
Qeyd edək ki, Həriri iki həftə əvvəl Səudiyyəyə gedərək, gözlənilmədən orada "İranın özünə qarşı sui-qəsd hazırladığı"nı bildirərək istefa verdiyini açıqlamışdı. Onun belə istefası və hələ də ölkəsinə dönməməsi isə böyük skandala çevrilib.
Mia.az