Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın xarixi işlər naziri Sergey Lavrovun Bakıya gələcəyini təsdiqləyib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, S.Lavrov noyabrın 20-də Azərbaycanda səfərdə olacaq.
H.Hacıyev deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.