İraqda ötən gün partlayış və hücumlar zamanı azı 60 nəfər ölüb, 250-dən çox yaralanan olub. Partlayışlar 10 şəhərdə, o cümlədən paytaxt Bağdadda baş verib. Ölənlər arasında 20 polis əməkdaşı da var. Təhlükəsizlik qüvvələrini hədəfə alan partlayışlardan əvvəl ABŞ İraqdan sonuncu hərbi hissələsini çıxarıb. General-mayor Stefen Lanza hücumları İraqın təhlükəsizlik qüvvələrinə inamı sındırmaq üçün atılan ?ümidsiz cəhd? adlandırıb.