Gürcüstan hökumətində geniş struktur və kadr dəyişiklikləri həyata keçirilib.
 
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə bir neçə nazirliyin ləğv olunaraq səlahiyyətlərinin digər nazirliklərə verildiyini deyib. 

O bildirib ki, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya daxili işlər naziri, maliyyə naziri Dmitri Kumsişvili iqtisadiyyat və davamlı inkişaf naziri, "Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze maliyyə naziri, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektoru Mixail Çxenkeli təhsil və elm naziri təyin olunub. 

APA