Lüvanın Səudiyyə Ərəbistana getdikdən sonra orada istefa verdiyini dünyaya bəyan edən qaçaq baş naziri Saad Həriri üzə çıxıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, o, 2 həftəlik susqunluqdan sonra barəsində yayılan xəbərlərə aydınlıq gətirib.

Həriri Ər-Riyadda TV qarşısına çıxaraq deyib ki, o, Səudiyyədə həbsdə deyil: "Yaxın günlərdə ölkəmə dönəcəm və istefamla bağlı qanunla nəzərdə tutulan prosedurarı yerinə yetirəcəyəm".

Xatırladaq ki, Həriri Ər-Riyadda istefa verdiyini açıqladıqdan sonra ölkəsinə dönməkdən yayınmışdı. 

Sonradan isə onunla bağlı müəmmalı xəbərlər yayılıb. Dünya mətbuatı, o cümlədən Livan yetkililəri onun Ər-Riyadda ev həbsində saxlandığını iddia edirlər.

Mia.az