Türkiyənin Ağrı bölgəsinin Tendürek dağında PKK terorçularının türk əsgərini vurmaq üçün havaya qaldırdığı bomba yüklü "Dron" vaxtında görülərək, düşürülüb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk əsgəri ilə üz-üzə döyüşdə böyük itkilər verərək qaçan PKK terrorçuları son aylar İŞİD terrorçularının istifadə etdiyi taktikaya keçiblər.

Bu gün PKK-nın düşürüən "dron"u ilə bağlı açıqama verən təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar deyib ki, bu "dron" saatda 60 kilometr sürətlə hərəkət edə bilən və 6 kilometrə qədər gedən Çin istehsallı "dron"lara çox bənzədilib: "Daha öncə bənzər bombalı dron olayları ilə Iraq-Türkiyə sərhədində - Hakkaridə qarşılaşdıq. Ağrı - Doğubəyazit - Tendürek bölgəsində PKK-nın simasında buna ilk dəfə rast gəlinir. 

Xatırladım ki, "Fərat qalxanı" əməliyyatında İŞİD terrorçuları belə drondan türk əsgərinə qarşı istifadə etməyə bir neçə dəfə cəhd etmişdi.  Görünür, PKK bunu İŞİD-dən öyrənir və tətbiq etməyə çalışır".

Mia.az