Hizbullah lideri Həsən Nəsrullah Livanın baş naziri Saad Həririnin Səudiyyə Ərəbistanda ev həbsində saxlandığını bəyan edib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki,  o, Səudiyyənin  Livanda dəyişikliyə can atdığını bildirib: "Səudiyyə Livanda yeni bir Baş nazir istəyir, bunun üçün hətta İsraili Livanı vurmağa təşviq edir. Ancaq Səudiyyə Ərəbistanın bölgədə bütün sahələrdə olduğu kimi, Livanda etdikləri uğursuzluqla nəticələnəcək".  

Xatıradaq ki, Həriri ötən il qurduğu hökuməti ötən həftə Səudiyyə Ərəbistanında qəfildən buraxdığını, özünün isə istefa verdiyini açıqlayıb. Onun məhz Ər-Riyadda istefa verməsi və bunun səbəbini "Hizbullah və İran bölgədə sabitsizlik yaradır. Məhz bu səbəbdən həyatıma sui-qəsd ehtimalı yüksəkdir" formasında izah eləməsi bölgədə gərginliyi qızışdırıb.

Onu da qeyd edək ki, Həririnin qurduğu 30 nəfərlik hökumətdə Hizbullahın 2 üzvü nazir postundadır.

Mia.az