Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanına sürpriz səfər edib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, səfər çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.
Məlumata görə, tərəflər Səudiyyədəki vəziyyət, Yəməndən atılan raket və digər məsələləri müzakirə ediblər.
Makron görüşdən sonra deyib ki, əsas müzakirə etdiyi məsələ terrora qarşı mübarizə olub: "Səudiyyə Ərəbistan terrora qarşı mübarizədə çox böyük əhəmiyyətə sahib ölkədir. Bu ölkə ilə birikdə əməkdaşlıq etməyə məmnunuq.
Mia.az