Bu gün Ümid Partiyasının qərargahında ADP sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə seçkidə birgə iştirakla qərar veriblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə İ.Ağazadə məlumat verib. Onun sözlərinə görə, ADP və Ümid Partiyasının İdarə Heyəti üzvlərinin birgə iclası keçirilib və iclasda ?Qarabağ? seçki blokunun yaradılması barədə qərar qəbul olunub. Partiya sədri deyib ki, artıq 91 nəfərlik vahid seçki siyahısı hazırlanıb. Digər dairələrdə də razılaşdırilma olacaq.