Türkiyə prezidenti Ərdoğanın Rusiyaya rəsmi səfər tarixi açıqlandı.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan noyabrın 13-də Soçiyə gedəcək.
Ərdoğanın Soçidə prezident Putinlə bir araya gələrək, Türkiyənin YPG-nin nəzarətində olan Suriyanın Afrin şəhərinə gözlənilən əməliyyatı, İdlibdəki son vəziyyət və Rusiyadan alınacaq S-400-lərlə bağlı müzakirə aparacağı bildirilir.
Bəzi iddialara görə, Ərdoğanla Putin Qarabağ münaqişəsini də masaya yatıracaq.
Birgünlük səfərindən sonra, yəni noyabrın 14-də isə Ərdoğan Küveytə yola düşəcək.
Mia.az