Iraq Kürd Muxtar Vilayətinin baş naziri, Məsud Bərzaninin istefasından sonra faktiki vilayəti idarə edən Neçirvan Bərzani Türkiyə və İrana rəsmi mesajlar veriib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, açıqlamasında Türkiyə və İrana səfər etməyə hazır olduğunu bəyan edib:
"Türkiyə hərr zaman bizə yardım edib. Türkiyə və İranla yaxşı əlaqəər istəyirik. Əlaqələri normallaşdırmaq üçün Türkiyə və İranla təmasdayam, hər iki ölkəyə səfər etməyə hazıram"
Bərzani İraq hökuməti ilə də təməli möhkəm olan atəşkəs istədiklərini vurğulayıb.
Hələlik isə Bərzaninin səfər mesajına nə Ankara, nə də Tehrandan müsbət cavab verilməyib.
Mia.az