Bununla bağlı Seçki Məcəlləsinin 25-ci maddəsinin (Mərkəzi Seçki Komissiyasının vəzifələri) 25.2.6-cı və 25.2.11-ci bəndlərinə dəyişiklik təklif edilir. Təklif olunan dəyişikliyə görə, Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:
25.2.6. seçki (referendum) bülletenlərinin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki (referendum) sənədlərinin (bundan sonra — seçki sənədlərinin) dairə seçki komissiyalarına çatdırılmasını təmin edəcək.
Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Modern.az