Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə ballistik raket Yəməndə üsyançılar tərəfindən atılıb.

Bu barədə "Al-Arabia” telekanalı məlumat yayıb. Verilən məlumata görə, Səudiyyə Ərəbistanının havadan müdafiə üzrə anti-raket sistemi Ər-Riyad şəhərinin şimal-şərqində ballistik raketi zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan və dağıntı qeydə alınmayıb.

Hədəfə alınan Ər-Riyad aeroportu adi iş rejimində çalışır. Təyyarələrin uçuşunda problem yaranmayıb.

Yəmən tərəfindən hadisə ilə bağlı aaçıqlama verilib. Bildirilib ki, bu Səudiyyə Ərəbistanına xəbərdarlıqdır.

"Biz bu addımla bildirmək istəyirik ki, düşmənin müdafiə sistemi olduqca zəifdir. Biz istəsəydik, düşmənə daha ağır zərbə vurardıq. Lakin bu xəbərdarlıq idi”, - deyə məlumatda bildirilib.

***

Yəmən qəfildən Səudiyyə Ərəbistanına hücum edib.

"Ölkə.Az” xəbər verir ki, Yəmən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərini ballistik raketlə vurub. Bu barədə ölkənin güc strukturları məlumat veriblər. Verilən məlumata görə, hədəf Kral Xalid Beynəlxalq Hava Limanı olub.

Səudiyyə Ərəbistanı havadan müdafiə sistemi atılan raketi yerə çatmamış zərərsizləşdirib. Ərazi dərhal boşaldılıb.Verilən rəsmi məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Ziya Səccad
Ölkə.Az