Türkiyənin Antalya şəhərində əcnəbi qadınları intim xidmətə məcbur edən qadın alverçilərinə qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı 6 qadın və onları fahişəliyə məcbur edən 1 nəfər saxlanılıb. Saxlanılanlar gürcü, qırğız, azərbaycanlı və ikisi bacı olmaqla 3-ü ukraynalıdır.

Qadın alverçisi Onur K. adlı şəxsin daha öncə 6 il 8 ay həbs cəzası aldığı məlum olub.

Hazırda faktla bağlı araşdırma aparılır.