Bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada ALP sədr əvəzi Əvəz Temirxan maraqlı təkliflə çıxış edib. Lüstrasiyasiya haqqında qanunun qəbul edilməsi ilə bağlı təklif verib. ALP mətbuat xidmətindən MİA-ya daxil olan məlumatda bildirilir ki, bu qanın SSRİ zamanı ?KQB?, baş kəşfiyyat idarəsi və DİN-nin 7-ci idarəsində agentlik etmiş Azərbaycan vətəndaşları haqqında şəffaflıq qanunu deməkdir. ALP sədr əvəzi təkli edib ki, 1991-ci ilə kimi Azərbaycan ərazisində və SSRİ-nin digər müttəfiq respublikalarında qeyd olunan qurumlara agentlik edən şəxslərin üzərinə vəzifə qoyulsun ki, onlar Azərbaycan MTN-ə özləri barədə məlumat versinlər. Ə.Temirxan onu da deyib ki, əgər agent olmuş şəxslər partiya sədri, funksioneri, deputatlığa namizəd olarsa, MTN bu haqda cəmiyyətə məlumat versin. Partiyadan verilən məlumatda o da qeyd olunur ki, Ə.Temirxanın bu təklifinə yalnız Müsavat başqanı İsa Qəmbərdən reaksiya gəlib.