Somalinin paytaxtı Moqadişoda otellərdən birinə hücum edən silahlılar yerli parlamentin 15 deputatını öldürüblər. Bu barədə ?Reuters? agentliyi parlamentin deputatı Məhəmməd Həsənə istinadən xəbər yayıb. Somali Təhlükəsizlik Xidməti əməkdaşları hökumət qüvvələrinin geyimində otelə hücum edən terroçulardan birini sağ ələ keçirə bilib. Ölkənin informasiya naziri Əbdürrəhman Ömər Osmanın verdiyi məlumata görə, iki terrorçu hələ də deputatların öldürüldüyü otel binasındadırlar. Qeyd edək ki, hücum edilən otel prezident sarayının yaxınlığında yerləşir.