Milli Məclisin keçmiş üzvü Nizami Quliyev vəfat edib.

Bu barədə "Bizim Yol" qəzetinin baş redaktoru, N. Quliyevin dostu Bahəddin Həziyev "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, N. Quliyev 1956-cı ildə Gədəbəy rayonunda doğulub. İki çağırış Milli Məclisin deputatı olub. Uzun illər AXCP-nin rəhbər orqanlarında təmsil olunub. Daha sonra isə AXCP-dən istefa verərək Aydınlar Partiyasına keçib. Partiyanın Ali Məclisinin sədri idi.

Allah rəhmət eləsin!