Türkiyə gələn il ABŞ-dan iki ədəd F-35 qırıcıları alacaq.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu il ABŞ Norveçin qırıcılarını göndərəcək: "Gələn il isə Türkiyəyə müqavilə əsasında iki ədəd F-35 göndəriləcək. Bununla yanaşı, Malatiyada yeni hərbi baza qurulacaq və dünyaya satılacaq F-35-lərin bəzi təmir işləri də bu bazada həyata keçiriləcək".
Məlumatda o da qeyd olunur ki, həmin təyyarələrin motor hissəsindəki bəzi detallar Türkiyə tərəfindən istehsal olunur.
Mia.az