Rəsmi Vaşinqton dünən istefa verən İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin istefa qərarını təqdir etdiklərini bəyan edib.

Mia.az xarici mediyaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

"ABŞ Bərzaninin səlahiyyətlərini digər qurumlara təhvil verməsini də alqışlayır".

Xatırladaq ki, dünən Bərzani istefa verərək, noyabrın 1-də bitəcək səlahiyyətinin uzadılmasını istəmədiyini açıqlayıb. Onun səlahiyyətlərini isə yeni rəhbər seçilənə qədər hökümət, parlament və Ədalət Şurası birgə icra edəcək. 

Mia.az