YAP-ın 2010-cu ildə keçiriləcək parlament seçkiləri üçün namizəd siyahısı hələ hazır deyil
Yeni Azərbaycan Partiyası (YAP) 2010-cu ildə keçiriləcək parlament seçkiləri üçün namizəd siyahısını hələ hazırlamayıb. Bu barədə jurnalistlərə YAP-ın sədr müavini Əli Əhmədov məlumat verib.
Ə.Əhmədov YAP-ın namizəd siyahısının təbliğat kampaniyası başlayan zaman elan olunacağını bildirib. Partiyanın sədr müavini növbəti seçkilərdə yeni simaların namizədliklərinin irəli sürüləcəyini bildirib. Əli Əhmədovun sözlərinə görə, budəfəki parlament seçkilərində YAP-dan gənclərin və qadınların iştirakına xüsusi diqqət veriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51